×

HOW TO SHOP

1 Login or create new account.
2 Review your order.
3 Payment & FREE shipment

If you still have problems, please let us know, by sending an email to support@website.com . Thank you!

SHOWROOM HOURS

Mon-Fri 9:00AM - 6:00AM
Sat - 9:00AM-5:00PM
Sundays by appointment only!

ASTARA

AAAF Park Astara Azərbaycanın ən cənub nöqtəsi sayılan Astara şəhərində istifadəyə verilib. Ərazidə süni şəlalələr, “Limuland” açıq və qapalı uşaq əyləncə mərkəzi, açıq fitnes meydançası, kafe-çay evi, “Zirvə” Uşaq İdman Akademiyası, uşaq əyləncə attraksionları, 5 ulduzlu “Tuado” oteli, hovuz və SPA mərkəzi, çimərlik kompleksi, ağır atletika, boks və taekvondo mərkəzləri, villalar, 4 və 5 mərtəbəli binaların tikintisi həyata keçirilir. Buradakı ağır atletika üzrə yeni təlim-məşq bazası olduqca möhtəşəm kompleksdir.

Bu çoxfunksiyalı bazada 150 nəfərlik yarış və 20 nəfərlik ağır atletika məşq zalı, bütün şəraitlə təmin olunmuş paltardəyişmə otaqları, həmçinin müasir avadanlıqlarla təchiz edilmiş geniş AAAF fitnes zalı, 50 nəfərlik yeməkxana və digər otaqlar idmançıların istifadəsinə verilib. Bundan başqa, burada Holdinqin əsas idman klubu olan “Zirvə” idman klubuna məxsus iki hektar ərazidə atçılıq mərkəzi, avtokartinq meydançası, açıq fitnes meydançası tikilib, velosiped zolağı salınıb.

Müxtəlif vaxtlarda Azərbaycanın ağır atletika üzrə bütün yaş qrupları burada təlim-məşq toplanışı keçirib. AAAF Park Astara layihəsinin təməlqoyma və açılış mərasimlərində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də iştirak edib.

TOP