×

HOW TO SHOP

1 Login or create new account.
2 Review your order.
3 Payment & FREE shipment

If you still have problems, please let us know, by sending an email to support@website.com . Thank you!

SHOWROOM HOURS

Mon-Fri 9:00AM - 6:00AM
Sat - 9:00AM-5:00PM
Sundays by appointment only!

HƏR ŞEY BİR İNSANIN ARZUSU İLƏ BAŞLADI

Bir gün xəyallarda olan bir layihə bu gün dünyanın müxtəlif ölkələrində onlarla şirkət və minlərlə insanın işlədiyi holdinqə çevrildi.

2000 › QURULDU
2001

Başlanğıc zamanı

Abşeron rayonunda ilk tikinti layihəsinə başlandı. Qısa müddətdə adından söz etdirməyə nail olan şirkət onlarla insanı mənzillə təmin etməyə nail oldu.

2006

Zirve İdman Klubu təsis edildi

“Zirvə idman klubu” müstəqil beynəlxalq statusa malik olan bir idman klubudur. Klub idmanın düzgün inkişaf etdirilməsi və sağlam həyat tərzinin təkmilləşdirilməsi məqsədi ilə yaradılmışdır. İdmanla məsğul olmaq istəyən hər bir insan yaşadığı məkandan, milliyətindən və yaşından asılı olmayaraq “Zirvə İdman klubu”na üzv olmaq hüququna malikdir.

2012

AAAF Park Xırdalan

«AAAF Park Yaşayış Kompleksi» çoxfunksiyalı, dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, modern, təkrarolunmaz bir layihədir. Sağlam həyat tərzi ilə adi həyatın ideal sintezinin yaradıldığı bu məkan, kiçik bir şəhərdə olan bütün yaşayış imkanlarını özündə ehtiva edir.

2014

AAAF Park Moldova

“Zirvə” İdman Klubu öz beynəlxalq layihəsi olan “Zirve International Sport Clubs” (ZİSC) çərçivəsində Moldovada Avropa Mərkəzi Məşq Bazasının tikintisinə başlandı. Bu kompleksin ətrafında da “AAAF Park Yaşayış Kompleksi”nin tikilməsi də planlaşdırıldı.

2015

AAAF Park Astara

AAAF Park Astara layihəsi ilə 2015-ci ilin May ayında yaxından tanış olan Prezident İlham Əliyevin nəzərinə geniş məlumat çatdırıldı. Burada süni şəlalələr, “Limuland” açıq və qapalı uşaq əyləncə mərkəzi, açıq fitnes meydançası, kafe-çay evi, “Zirvə” Uşaq İdman Akademiyası, uşaq əyləncə attraksionları, “Astara Towers”, 5 ulduzlu “Tuado” oteli, hovuz və SPA mərkəzi, çimərlik kompleksi, ağır atletika, boks və taekvondo mərkəzləri, villalar, 4 və 5 mərtəbəli binaların inşaası nəzərdə tutulmuşdur.

2016

AAAF Park Gənclər Şəhərciyi

Abşeron rayonunda yerləşən AAAF Park Gənclər şəhərciyi Azərbaycanın ən böyük açıq əyləncə mərkəzini özündə ehtiva edir.

2016

Korporativləşmə

Holdinq tərkibində olan şirkətlərdə korporativ idarəetmə sisteminin tətbiqinə başlandı.

BU GÜN
TOP