×

HOW TO SHOP

1 Login or create new account.
2 Review your order.
3 Payment & FREE shipment

If you still have problems, please let us know, by sending an email to support@website.com . Thank you!

SHOWROOM HOURS

Mon-Fri 9:00AM - 6:00AM
Sat - 9:00AM-5:00PM
Sundays by appointment only!

TƏHSİL

Zirvə Liseyi

AAAF Park Yaşayış Kompleksində yerləşən “Zirvə” liseyi 2015 – 2016-ci tədris ilindən başlayaraq Respublikada ilk dəfə texniki, humanitar və idman təmayüllü olmaqla üç profil üzrə fəaliyyət göstərir.

Liseydə müasir standartlara cavab verən kimya, fizika, biologiya laboratoriyaları, kompüter otaqları, hərbi və metodbirləşmə kabinetləri, gimnastika və cüdo, trenajor və ağırlıqqaldırma zalları, futbol meydançaları və tennis kortu da fəaliyyət göstərir.

Şagirdlərin liseyə gəlməsi üçün servis avtomobilləri ayrılmışdır. Liseydə 150 yerlik yeməkxana mövcuddur. Şagirdlər nahar yeməyi ilə təmin olunur və nahardan sonra peşəkar müəllimlərin nəzarəti altında ev tapşırıqlarını yerinə yetirirlər.

Liseyin pedaqoji kollektivi müsabiqə yolu ilə seçilmiş qabaqcıl müəllimlərdən təşkil olunmuşdur.

Liseydə internet şəbəkəsi ilə təmin olunmuş lokal şəbəkə və təhlükəsizliyə nəzarət üçün xüsusi mühafizəçilərin daima müşahidə etdiyi mərkəzləşdirilmiş kamera sistemi mövcuddur. Qəbul müsabiqə yolu ilə aparılır.

 

Uşaq bağçası:

AAAF Park Yaşayış Kompleksində yerləşən uşaq bağçası məktəbəqədər təhsildə uşaqların sağlam tərbiyyə almasında əvəzsiz rol oynayır. Bütün əyləncə imkanları, uşaq idman akademiyası çərçivəsində idmanla məşğul olmaq, həyata sağlam addım atmaq şansı verilir.

Zirvə uşaq bağçası 110 çarpayılıdır və 1-6 yaş arası uşaqlar qəbul edilərək məktəbəqədər hazırlıqlar keçirilir. Gündə 4 dəfə bağçamızda uşaqların keyfiyyətli qidalanması üçün ən yaxşı məhsullardan yeməklər hazırlanır.

Nəqliyyat-servis xidməti (fərdi və qrup) balacaların evdən gətirilib-aparılmasını təmin edir ki, bu da sizin rahatlığınız üçün hesablanıb.
Peşəkar tərbiyəçilər müxtəlif tədris vasitələri ilə övladlarınızın həm geniş dünyagörüşünə malik olmasına, həm də məktəbə tam hazır vəziyyətinə gətirilməsini təmin edəcəklər. Onların içərisində ingilis və rus dillərinin tədiris, müxtəlif fənnlər üzrə məşğələlər, musiqi və əmək dərslərini fərqləndirmək olar.

Bununla yanaşı, bağçamızda psixoloq-loqoped xidməti və peşəkar həkim məsləhəti də almaq mümkündür.

Mütəmadi keçirilən müxtəlif tədbirlər balacaların şən vaxt keçirməsi üçün böyük imkandır.

Uşaq İdman Akademiyası

AAAF Park Xırdalan  Yaşayış Kompleksində Zİrvə Uşaq Akademiyasında  sakinlərin və kənar şəxslərin övladlarının istifadəsi üçün aşağıdakı xidmət növlərindən istifadə olunur.

6-12 yaşlı uşaqlar üçün yay düşərgələri də təşkil olunur.

Zirvə uşaq bağçasının xidmətləri:

  1. Peşəkar tərbiyəçilər
  2. Nəqliyyat-servis xidməti (fərdi və qrup)
  3. Psixoloq-loqoped xidməti
  4. Həkim məsləhəti
  5. İngilis və rus dilləri
  6. Fənnlər üzrə məşğələlər
  7. Musiqi
  8. Gimnastika
  9. Cüdo
  10. Üzgüçülük
  11. Şahmat dərsi
  12. Əmək dərsi
TOP