×

HOW TO SHOP

1 Login or create new account.
2 Review your order.
3 Payment & FREE shipment

If you still have problems, please let us know, by sending an email to support@website.com . Thank you!

SHOWROOM HOURS

Mon-Fri 9:00AM - 6:00AM
Sat - 9:00AM-5:00PM
Sundays by appointment only!

İDMAN

AAF Park Yaşayış Kompleksi layihəsi təməldən idman layihəsidir.

Böyük, dövrünü qabaqlayan, ən müasir standartlara cavab verən, təkrarolunmaz bir layihə olan AAAF Parkda idmanla məşğul olan üçün bütün mümkün imkanlar yaradılıb. Burada futbol, tennis, bədii və idman gimnastikası, cüdo, taekvondo, karate, şahmat, üzgüçülük, pauerliftinq, fitness və ağır atletika ilə eyni anda yüzlərlə yeniyetmə, gənc və böyüklər məşğul ola bilər.

Mərkəzi bazası AAAF Park olan “Zirvə” İnternational Sport Clubs-ın bayrağı altında yarışlara qatılan yüzlərlə idmançı müxtəlif beynəlxalq yarışlarda uğur qazanmış, dünya, Avropa və Olimpiya çempionları səviyyəsinə qalxa bilmişlər.

Xüsusilə ağır atletikada böyük zirvələrin fəth edilməsində məhz bu Kompleksin müstəsna rolu var. AAAF Parkdakı təlim-məşq bazasında iki məşq və yarış zalı, ağır atletika üçün uyğunlaşdırılmış fitness və Spa mərkəzi, ən müasir standartlara uyğun multifunksional üzgüçülük kompleksi, kotteclər və mehmanxanalar yerləşir.

İstənilən beynəlxalq yarışlara hazırlıq üçün ideal məkanın xidmətlərindən Azərbaycanın bütün yaş qrupları üzrə ağır atletika yığma komandaları ilə yanaşı, bir çox digər yığma komandalar – Səudiyyə Ərəbistanı, Misir, Əlcəzair, Mərakeş, İraq və başqaları da mütəmadi istifadə ediblər.

TOP