×

HOW TO SHOP

1 Login or create new account.
2 Review your order.
3 Payment & FREE shipment

If you still have problems, please let us know, by sending an email to support@website.com . Thank you!

SHOWROOM HOURS

Mon-Fri 9:00AM - 6:00AM
Sat - 9:00AM-5:00PM
Sundays by appointment only!

TÜRKİYƏ

Mərkəzi bazası AAAF Park olan “Zirve” İnternational Sport Clubs-a məxsus olan, 640 min kv.m ərazini əhatə edən, 85 faizi yaşıllıq və kiçik göllərdən ibarət “Altınpark Akarsu” Kompleksi Ankarada yerləşir. Türkiyənin paytaxtının mərkəzindəki bu məkanda, idman arenası 2 min kv.m-i əhatə edir.

Zalda bir çox idman növləri – cüdo, ağır atletika və s. məşğul olmaq olar. 2014-cü ilin dekabrında burada “Zirvə” İSC klublarının 1-ci dünya çempionatı keçirilib və 12 ölkədən yüz yaxın atlet medal mübarizəsin qoşulub. Bundan sonra müxtəlif zamanlarda bir çox idman növləri üzrə müxtəlif səviyyəli beynəlxalq yarışların təşkil olunduğu “Altınpark”da yüzlərlə atlet idmanın sirlərinə yiyələnir.

İdmanla yanaşı burada kafe və restoranlar xidmət göstərir. “Limuland” Əyləncə Mərkəzində hər yaşdan olan müştərilər vaxtını xoş keçirə, “Tazedo” restoranında isə yüksək keyfiyyətli, halal ətdən hazırlanan məhsullardan dada bilərlər. “Ankara AAAF Park” Azərbaycan brendinin ölkə xaricində yayılması istiqamətində atılan əsas addımlardan biridir.

TOP